13 iyun 2024 18:16
346

Emin Əmrullayev Avropa Kubokuna vəsiqə qazanan basketbolçularla görüşüb

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və rəyasət heyətinin üzvləri kişilərdən ibarət 3x3 basketbol üzrə milli ilə görüşüb.

“İki sahil” xəbər verir ki, qurum rəhbəri Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanmış yığmanı təbrik edərək, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Görüşün sonunda federasiya rəsmiləri, milli komandanın qalib üzvləri ilə xatirə şəkilidə çəkdiriblər.

Qeyd edək ki, milli Kosovonun paytaxtı Priştinadakı təsnifat mərhələsində birinci olub. Qadınlardan ibarət seçmə də eyni uğura imza atıb.