Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Mercedes” markalı avtomobildə narkotik vasitə aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, “Mercedes”in sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.
Müəyyən edilib ki, sürücünün üzərindən və avtomobilindən qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Bundan başqa rayon ərazisində keçirilən profilaktik tədbir zamanı 1 axtarışda olan, 7 sərxoş halda avtomobil idarən edən və digər yol hərəkəti qaydalarını pozan 113 sürücü barəsində inzibati protokol tərtib edilib.
Kimya İnstitutunun alimləri beynəlxalq konfransda neft şlamlarını təqdim ediblər
Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan fəaliyyətə” mövzusunda sessiya başa çatıb
Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb