16 iyun 2024 12:53
374

Biləsuvarda 45 yaşlı kişi traktorun qoşqusundan yıxılaraq xəsarət alıb

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

“İki sahil” xəbər verir ki,  rayon sakini, 1979-cu il Nahid Abdullayev traktorun qoşqusunda olan ot bağlamalarının üzərindən yerə yıxılıb. N.Abdullayev ağır xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona 5-ci boyun fəqərəsinin sınığı diaqnozu qoyulub və ilkin tibbi yardımdan sonra paytaxt xəstəxanalarından birinə təxliyə edilib. 

Faktla bağlı araşdırma aparılır.