Bakının Sabunçu rayonunda dava zamanı yaşlı kişi bıçaqlanıb.
“İki sahil” xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
1965-ci il təvəllüdlü Kərimov Elxan Adil oğlu yaşağı evin yaxınlığında naməlum şəxs tərəfindən mübahisə zəmnində bıçaqlanıb.
Yaralı döş qəfəsinin və kürəyinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edib
FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb