17 iyun 2024 12:28
472

Ziya Bünyadov prospektində yol qəzası olub, sıxlıq yaranıb

Paytaxtın Nərimanov rayonunun Ziya Bünyadov prospektində yol qəzası olub, sıxlıq yaranıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzin (NİİM) məlumat yayıb.

Bildirilib ki, poladəritmə zavodunun qarşısında, köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun həm "Koroğlu", həm də "20 Yanvar" stansiyaları istiqamətində sıxlıq yaranıb.