29 iyun 2024 14:30
231

Qazaxıstanda evə ildırım düşüb

İyunun 16-da Qazaxıstanın Qızılkoginski rayonunun Miyalı kəndində fərdi yaşayış evini ildırım vurması nəticəsində bina yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə azh.kz məlumat yayıb.

Bildirilib ki, həmin vaxtı evdə 1989-cu il təvəllüdlü Özbəkistan vətəndaşı olub. O, ildırım vurmasından dünyasını dəyişib.

Araşdırmalar zamanı həmin şəxsin mayın 28-də Beyneu sərhəd zastavasından keçməklə Qazaxıstana daxil olduğu və Miyalı kənd sakininin evində müvəqqəti qeydiyyatda olduğu müəyyən edilib.

Qeyd olunur ki, mərhumun meyitinə baxış keçirilərkən heç bir bədən xəsarəti aşkar edilməyib. Hazırda meyit məhkəmə-tibbi ekspertizası üçün rayon xəstəxanasının morquna təhvil verilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”