AMEA Folklor İnstitutununu Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Əlif oğlu Albalıyev “5719.01 – Folklorşünaslıq” indeksi üzrə filologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan xalq bayramlarının ritual-mifoloji əsasları və etnokulturoloji semantikası” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir.
“İki sahil” xəbər verir ki, Ş. Albalıyev dissertasiya mövzusu ilə bağlı olaraq çoxsaylı yerli və xarici jurnallarda məqalələr çap etdirmiş, konfranslarda məruzələr etmişdir. Həmçinin Azərbaycan və fars dillərində monoqrafiyaları nəşr olunub.
Nəzəri və təcrübi əhəmiyyətə malik olan dissertasiya çoxsaylı ədəbiyyat və folklor məlumatları əsasında araya-ərsəyə gəlmişdir.
İclasda iştirak edən Müdafiə Şurası üzvləri təqdim edilən doktorluq dissertasiyasının aktuallığını, elmi yeniliklərlə zəngin olduğunu qeyd edərək yekdilliklə iddiaçının lehinə səs veriblər.