05 iyul 2024 20:59
325

İranda prezident seçkilərində səsvermə saatı ikinci dəfə uzadılıb

İranda seçki məntəqələrinin işi prezident seçkilərində səsvermə ilə əlaqədar ikinci dəfə iki saat uzadılıb.

“İki sahil” İSNA-ya istinadla xəbər verir ki, səsvermə yerli saatla 22:00-a qədər uzadılıb.

İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildlrib ki, səsvermə saatının uzadılması barədə çoxlu sayda çağırış olub və bu səbəbdən də müvafiq qərar qəbul edilib.