05 iyul 2024 21:07
406

Bəşər Əsədin qəzaya uğrayan müşaviri xəstəxanada dünyasını dəyişib

Suriya prezidenti Bəşər Əsədin müşaviri Luna əl-Şibl Dəməşq yaxınlığında qəzaya uğradıqdan üç gün sonra xəstəxanada ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə SANA agentliyi respublika liderinin ofisinə istinadla yazır.

Əl-Şibl 1975-ci ildə anadan olub. O, 2020-ci ildən Əsədin müşaviri vəzifəsində çalışır.

İyulun 2-də əl-Şiblin içində olduğu avtomobil yol-nəqliyyat hadisəsi törədib. Əl-Şiblin beyninə qan sızması olduğundan reanimasiyaya yerləşdirilmişdi.