11 iyul 2024 10:29
272

DİN: Ötən gün 7,6 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

İyulun 10-da polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən (DİN) "İki sahil"ə verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7,6 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 538 çətənə kolu aşkar edilərək götürülüb.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.