11 iyul 2024 10:37
305

DİN: Ötən gün 2 tüfəng və 1 tapança təhvil götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, iyulun 10-da polis əməkdaşları paytaxtda və respublikanın rayonlarında 2 tüfəng təhvil götürüblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 tapança, 1 patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.