Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən indiyədək 4133 nəfər Vətən müharibəsi iştirakçısına əlillik təyin edilib.
“İki sahil” xəbər verir ki, əlillik təyinatı aparılmış şəxslərin hər birinə proaktiv qaydada sosial ödənişlər təyin olunaraq ödənilib.
Əlilliyin qiymətləndirilməsi sahəsində obyektivliyin və şəffaflığın, ədalətli yanaşmanın təmin olunması daim diqqətdə saxlanılır.
Agentlik bu kateqoriyadan olan şəxslərin operativ şəkildə əyani müayinə olunmaları üçün ən müasir diaqnostik, instrumental, laborator avadanlıqlarla təchiz edilib.
Qiymətləndirmə prosesində şəffaflığın təmin olunması üçün əyani müayinələrin foto və videoçəkilişləri də aparılır.
Xatırladaq ki, hərbi səbəblə əlaqədar əlilliyin təyin edilməsi üçün vətəndaşa Hərbi Həkim Komissiyası tərəfindən şəhadətmanə təqdim edildikdən və qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən elektron göndəriş (Forma 88) rəsmiləşdirildikdən sonra Agentlikdə müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət komissiya tərəfindən əyani müayinə həyata keçirilir.
Yekunda Komissiya tərəfindən əlilliyin qiymətləndirilməsi ilə bağlı qərar verilir.
Əməkhaqqı artımında baş və böyük tibb heyətinin üzərinə düşən məsuliyyət də nəzərə alınıb
Ağdamın Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb
TƏBİB regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün MALİYYƏ MEXANİZMİ TƏTBİQ EDƏCƏK
İcarə obyektində təmirə çəkilən xərclər necə ödənilməlidir? – Ali Məhkəmə açıqladı