Yevlaxda qanunsuz odlu silah əldə edən və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Mahir Əliyev saxlanılıb. M.Əliyevdən "TT" markalı tapança, 4 ədəd patron və patron darağı aşkar edilib. O, silahı bir müddət əvvəl əldə etdiyi və polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Keçirilən digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini Elşən Abbasov saxlanılıb. Ondan 1 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Əməkhaqqı artımında baş və böyük tibb heyətinin üzərinə düşən məsuliyyət də nəzərə alınıb
Ağdamın Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb
TƏBİB regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün MALİYYƏ MEXANİZMİ TƏTBİQ EDƏCƏK
İcarə obyektində təmirə çəkilən xərclər necə ödənilməlidir? – Ali Məhkəmə açıqladı