12 iyul 2024 09:05
304

Bakıda 17 yaşlı velosipedçini avtomobil vurub

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, Mərdəkan qəsəbəsində 2007-ci il təvəllüdlü Abışov Amin Ramiz oğlu velosipedlə hərəkətdə olarkən onu maşın vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.