SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “2050-ci ilə doğru Dayanıqlı İnkişaf üçün Enerji Siyasəti” yay məktəbi keçirilib.
Bu barədə "İki sahil"ə BANM-dən məlumat verilib. Yay məktəbində BANM-in 20 tələbəsi iştirak hüququ qazanıb.
Rəhbərlik yanında aparatda proqram meneceri Cəmilə Əskərova mövzunun aktuallığını vurğulayıb və tələbələri aktiv olmağa çağırıb.
Yay məktəbində “Enerji növlərinin təsnifatı”, “Qazıntı yanacaqlarının və bərpaolunan enerji mənbələrinin cəmiyyətdə və ətraf mühitdə rolu”, “Enerji təhlükəsizliyi”, “Neft fiskal sistemləri və mədən müqavilələri”, “Bərpaolunan enerji mənbələrinin təyini və onların cari və gələcək enerji təminatında rolu” və s. mövzular müzakirə edilib. İştirakçılar üçün Qobustan Milli Tarix-Bədii Qoruğunun Muzeyinə və Daşgil palçıq vulkani ərazisinə ekskursiya da təşkil edilib.
Proqram neft-qaz mühəndisliyi kafedrasının dosenti Rauf Nadirovun koordinatorluğu ilə həyata keçirilib.
Bağlanış mərasimində isə sertifikatlar təqdim olunub.