Şüvəlan qəsəbəsindəki çimərlik ərazisində silahlar aşkar olunub.
Bu barədə “İki sahil"ə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Xəzər rayonu, Şüvəlan qəsəbəsində çimərlik ərazidə Nəsirov Fərid Babaəli oğluna məxsus 24 ədəd tüstü bombası, 11 ədəd 5,45 mm və 22 ədəd 7,62 mm avtomat gülləsi, 1 ədəd süngü bıçaq, 1 ədəd fişəng tapançası aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ağdamın Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb
TƏBİB regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün MALİYYƏ MEXANİZMİ TƏTBİQ EDƏCƏK
İcarə obyektində təmirə çəkilən xərclər necə ödənilməlidir? – Ali Məhkəmə açıqladı