12 iyul 2024 11:13
308

DİN: Ötən gün 7 tüfəng təhvil götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, iyulun 11-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 7 tüfəng və 33 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 patron darağı və 4 ədəd patron aşkarlanaraq götürülüb.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.