Qazaxıstanda avtobus və mikroavtobus toqquşub.
“İki sahil” xəbər verir ki, Karaqanda-Balkaş yolunda baş verən qəza nəticədə 5 nəfər ölüb, 11 nəfər yaralanıb.
Hadisə yerli vaxtla saat 12:00 radələrində, Axşatau kəndindən 30 kilometr aralıda baş verib.
Zakon.kz-nin yazdığına görə, hadisə zamanı “Toyota Estima” markalı mikroavtobusun 4 sərnişini, avtobusun isə bir sərnişini hadisə yerində ölüb.
Polis idarəsindən verilən məlumata görə, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Polşada Baltik dənizi çimərliyində naməlum uçuş aparatının qalıqları aşkarlanıb