Xalqımız 44 günlük haqq savaşımızda sinəsini Ana Vətənimizə sipər edib yağı düşmənə layiqli cavab verən şəhid övladlarını unutmur, onların xatirələrini böyük ehtiramla anırlar.
Astara Pedaqoji Kollecinin direktoru, şəhid atası K. Kazımov və işçiləri bugünlər şəhidlərin məzarlarını ziyarət edib, üstünə təzə güllərdən çələng hörüblər. Eləcə şəhid ailələri ilə söhbətdə onların qayğı və istəklərini öyrəniblər.
Eyni zamanda o da bildirilib ki, məhz Vətən müharibəsində minlərlə gəncimiz 30 il düşmən əsarətində qalan əzəli-əbədi halal torpaqlarını öz canı, qanı bahasına azad edərək bu müqəddəs zirvəyə ucalıblar. Fəqət, şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Şəhidləri yad etmək, xatirəsini zaman-zaman yaşatmaq isə həyatda qalanların ən müqəddəs borcudur.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü