Qazaxıstanda yanan maşının içindən üç uşaq xilas edilib.
“İki sahil” Zakon.kz-yə istinadla xəbər verir ki, hadisə Astanada baş verib.
Bildirilib ki, iyulun 20-də hadisə şahidi Astanada yanan avtomobildən üç uşağı xilas edib.
Qazaxıstan Respublikası Daxili İşlər və Rabitə Nazirliyinin mətbuat xidməti yanğının söndürülməsi anının videosunu paylaşıb. Yanğın barədə çağırış yanğınsöndürənlərə daxil olduğu andan 13 dəqiqə ərzində yanğın söndürülüb. Ölən və yaralanan yoxdur.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Polşada Baltik dənizi çimərliyində naməlum uçuş aparatının qalıqları aşkarlanıb