Türkiyədə iki avtomobilin iştirakı ilə baş verən və avtomobillərə maddi ziyan dəyən qəzadan sonra eyni avtomobildə olan iki sərxoş şəxs naməlum səbəbdən bir-birinə hücum edib.
“İki sahil” xəbər verir ki, qəribə hadisə dünən axşam saatlarında Avcılarda baş verib.
İddialara görə, uzun müddət bir-birini təpikləyib döyən şəxslər qan içində qalıblar.
Hadisə yerinə gələn polislər həmin şəxsləri saxlayıb. Hadisə ətrafdakı vətəndaşların mobil telefon kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Polşada Baltik dənizi çimərliyində naməlum uçuş aparatının qalıqları aşkarlanıb