Mən ilk dəfədir ki, bu gözəl müqəddəs torpaqda - Şuşa şəhərində oluram. Şəhərin bərpa olunduğunu görmək çox xoşdur.
“İki sahil” xəbər verir ki, bu sözləri Qazaxıstanın "Qazkontent" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Bekzat Zhusip 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin 1-ci iclasında çıxışı zamanı bildirib.
Anadolu Agentliyindəki həmkarların təşəbbüsü ilə bir neçə tədbirin keçirildiyini vurğulayan Bekzat Zhusip bu yaxınlarda Türkiyədə “Müharibə dövründə jurnalistika” təlimləri təşkil etdiyini diqqətə çatdırıb. "Biz də Türkiyənin timsalında belə layihələr təşkil etməliyik ki, münasibətlərimizi daha da möhkəmləndirəcəkdir", - deyə o, bildirib.
Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər