23 iyul 2024 09:36
315

Balakəndə qadını maşın vurub

İyulun 22-də saat 21 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində Ramil Mamedov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 1955-ci il təvəllüdlü Sürəyya Murtuzəliyevanı vurub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “İki sahil”ə bildirilib ki, qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.