Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar YAP Kürdəmir rayon təşkilatında hazırlıq işləri uğurla davam edir.
“İki sahil” xəbər verir ki, iyulun 22-də YAP Kürdəmir rayon təşkilatının Seçki Qərargahında Yeni Azərbaycan Partiyasının vahid namizədinin müdafiəsi üçün Kürdəmir rayonunun ərazisində imza toplayacaq şəxslərlə təlim keçirilib.
Təlimdə Yeni Azərbaycan Partiyasının Kürdəmir rayonu üzrə seçki qərargahının sədri Ayaz Cəbrayılov imza toplayacaq şəxslərə Seçki Məcəlləsinin tələblərini, seçici imzasının toplanılması qaydasını, konkret nümunə əsasında imzaların düzgün və səliqəli yığılmasını ətraflı izah edib.
Bildirilib ki, 62 saylı Kürdəmir Seçki Dairəsi üzrə 10 nəfər imza toplayan şəxs müəyyən edilib. Bundan əlavə artıq imza toplanacaq yerlər Dairə Seçki Komissiyasının müvafiq əraziləri üzrə müəyyənləşdirilərək sxem halına salınıb.