23 iyul 2024 23:47
721

İsmayıllıda bədbəxt hadisə zamanı rayon sakini ölüb

İsmayıllı rayonunun Çayqovuşan kəndində bədbəxt hadisə baş verib.

“İki sahil” xəbər verir ki, 1986-cı il təvəllüdlü Ağayev Ağabala Əlibala oğlu kənd ərazisində şəlalədən yıxılaraq ölüb. Hadisədən sonra polis və prokurorluq əməkdaşları əraziyə cəlb olunub, təhqiqat aparılır.

Ölümün dəqiq səbəbi aparılan araşdırmalardan sonra bəlli olacaq.