BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvonun rəhbərlik etdiyi BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndə heyəti Bakı Limanına səfər edib.
“İki sahil” xəbər verir ki, bu barədə Bakı Limanının mətbuat xidməti məlumat yayıb.
Qonaqları Bakı Limanının Baş direktoru Taleh Ziyadov qarşılayıb. Müzakirələr zamanı Bakı Limanının davamlı inkişaf təşəbbüslərini sürətləndirmək üçün ətraf mühitin mühafizəsi və ESG layihələrində tərəfdaşlığın gücləndirilməsinə diqqət yetirilib. Bildirilib ki, Bakı Limanı Azərbaycandan 2022-ci ildə BMT-nin Qlobal Sazişinə qoşulan və “Gündəlik 2030”a töhfə verən ilk dövlət qurumdur.
Dənizçilik sahəsində qadınların rolunun artırılması və SDG Təsirin ölçülməsi mexanizmlərinin yaradılması kimi mövzular da müzakirə edilib. Qarşılıqlı əməkdaşlıq edərək Ələt icmasını sosial və peşə proqramlarına cəlb etmək üçün birgə resurslardan istifadə olunması planlaşdırılıb.
Balakəndə qəhvəyi mərmər bağacığı ilə mübarizəyə həsr olunmuş növbəti iclas keçirilib
Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə