Bakının Nəsimi rayonunda narkotik satışını təşkil edən şəxslər saxlanılıb.
Bu barədə “İki sahil”ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər - əvvəllər narkotiklə bağlı cinayətlərə görə məhkum olunmuş 1989-cu il təvəllüdlü Səbuhi Abasov və 2000-ci il təvəllüdlü Vüqar İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqrama yaxın narkotik vasitə marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
Balakəndə qəhvəyi mərmər bağacığı ilə mübarizəyə həsr olunmuş növbəti iclas keçirilib
Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə