Bakıda və Abşeron yarımadasında iyulun 24-ü axşamdan 25-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə “İki sahil”ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olacağı ehtimalı var. Azərbaycanın rayonlarında iyulun 24-ü gündüz dağlıq ərazilərdən başlayaraq 26-sı axşamadək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Balakəndə qəhvəyi mərmər bağacığı ilə mübarizəyə həsr olunmuş növbəti iclas keçirilib
Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə