İyulun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda yerləşən “Müqəddəs Jen-Mironosits” rus pravoslav kafedral kilsəsini ziyarət edib.
“İki sahil” xəbər verir ki, Dövlət Komitəsindən bildirilib ki, Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə görüşdə Ramin Məmmədov din xadiminə yeni fəaliyyətində uğurlar arzu edib. O, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ənənənin davamı olaraq ölkəmizdə dini konfessiyalara göstərilən yüksək diqqət və qayğıdan, onların mənəvi irslərinin qorunması sahəsində görülən işlərdən, Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətdən bəhs edib. Bakı və Azərbaycan yepiskopu Aleksiy Azərbaycanın dinlərarası dialoqun təşviqi, tolerantlığın, multikultural dəyərlərin inkişafı istiqamətində oynadığı rolu vurğulayıb.
Görüşdə əməkdaşlıq məsələləri və onun inkişaf perspektivləri barədə ətraflı müzakirələr aparılıb.
Qazaxda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə həsr olunmuş müşavirə keçirilib
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
“Molla Nəsrəddin – 120” mövzusunda Respublika elmi konfransının materialları çapdan çıxıb
Mələk Bağırova ABŞ-də beynəlxalq innovasiya festivalında Milli Aviasiya Akademiyasını uğurla təmsil edib
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib