25 iyul 2024 08:47
379

Salyanda avtoqəza - Yaralılar xəstəxanaya çatdırılıblar

Salyanda hərəkətdə olan “VAZ-21015” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Qəza nəticəsində Salyan şəhər sakinləri, 1998-ci il təvəllüdlü Babayev Elnur Elman oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Əlikram Əli oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.