Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, hazırda həbsdə olan, general-mayor Elçin Quliyevin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət olunub.
“İki sahil” xəbər verir ki, həbsdə olan general və həyat yoldaşı Xəzər rayon Məhkəməsinə müraciət edərək onun vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmasını istəyib.
İş hakim Hüseyn Hüseynlinin icraatına verilib.
Qeyd edək ki, Elçin Quliyevin daha bir müraciəti hazırda Xəzər rayon Məhkəməsində hakim İlham Cəfərzadənin icraatında araşdırılır. Həmin müraciətində Elçin Quliyev səhhətində olan problemlərlə əlaqədar cəzadan azad edilməsini xahiş edir. Məhkəmə məhkumun xəstəliyini müəyyən etmək üçün ekspertiza təyin edilib.
Xatırladaq ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.
E.Quliyevə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.
Balakəndə qəhvəyi mərmər bağacığı ilə mübarizəyə həsr olunmuş növbəti iclas keçirilib
Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə