BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ölkədə vahid sağlamlığın tətbiqi üçün işçi qrupunun yaradılmasını təklif edib.
“İki sahil” xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Azərbaycanın vahid sağlamlığın tətbiqi məsələsinə maraq göstərdiyini bildirib:
"Azərbaycan vahid sağlamlığa yanaşmanı tətbiq etməyi öz milli tədbirlər planının, eləcə də qanunvericilik bazasının hazırlanmasında nəzərə almalıdır. Ən yaxşı nümunələrdən biri qurumlararası işçi qrupunun yaradılması ola bilər. Burada Səhiyyə, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, digər aidiyyəti qurumlar, eləcə də vətəndaş cəmiyyəti institutları ola bilər".
Balakəndə qəhvəyi mərmər bağacığı ilə mübarizəyə həsr olunmuş növbəti iclas keçirilib
Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə