25 iyul 2024 12:37
424

Bakıda itkin düşən autizm xəstəsi olan yeddi yaşlı uşaq tapılıb

Bakının Binəqədi rayonunda itkin düşən autizm xəstəsi olan yeddi yaşlı uşaq tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən xəbərə görə, itkin düşdüyü üçün axtarışda olan 2017-ci il təvəllüdlü Mehman Məmmədov polis əməkdaşları tərəfindən yeri müəyyən olunaraq tapılıb. Azyaşlı ailəsinə təhvil verilib.