Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu növbədənkənar parlament seçkilərində namizədlik üçün müraciət edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
Qeyd edilib ki, Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputatlığa namizədliyinin irəli sürülməsi təsdiq edilib.
MSK-dan o da bildirilib ki, ona imza vərəqələri verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir