Uzun illər ərzində Azərbaycan ilə Somali arasında münasibətlər yüksələn xətlə inkişaf edib.
“İki sahil” xəbər verir ki, bunu Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Əhməd Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.
Xarici işlər naziri qeyd edib ki, aprel ayında Azərbaycana səfər etmiş işçi qrupu ölkələr arasında əməkdaşlığı yalnız gücləndirəcək: “Bu gün biz müxtəlif sahələrdə əməkdaşlığı müzakirə etdik və bu əməkdaşlığı yalnız genişləndirməyə hazırıq”.
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir