28 iyul 2024 09:14
443

Bakıda avtomobil 40 yaşlı qadını vurub

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, yolu keçən 1984-cü il təvəllüdlü Abbasova Zamirə Xasay qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı onurğa-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.