28 iyul 2024 15:51
709

Sumqayıt sakinini elektrik cərəyanı vuraraq öldürüb

Sumqayıt rayonunda 45 yaşlı kişini elektrik cərəyanı vurub.

Hadisə "Yaşıl dərə" yaşayış massivində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Mehman Həsənov öz evində elektrik işi görən zaman onu elektrik cərəyanı vurub.

O, hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.

"Report"