28 iyul 2024 20:11
455

Piyadanı maşın vurub

Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“İki sahil” xəbər verir ki, rayonun Alpout kəndində 1959-cu il təvəllüdlü Asif Şamoy oğlu Həsənovu avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.