28 iyul 2024 23:00
711

Sürcülərin NƏZƏRİNƏ!

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

"Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda bütün məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub", – məlumatda diqqətə çatdırılıb.