29 iyul 2024 08:38
370

Gəncədə magistral yola yağış suları dolub

Bakı-Qazax magistral yolunun Gəncə şəhərindən keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.

“İki sahil” xəbər verir ki, buna magistral yolunun Gəncə şəhərinin Şərq çıxışında, körpünün altından keçən hissənə yağış sularının dolması səbəb olub, hətta nəqliyyat vasitələrindən biri suyun əhatəsində qalıb.

Sürücülər alternativ yoldan istifadə etməklə yollarına davam edirlər.

Qeyd edək ki, bölgədə günlərdir yağışlı hava şəraiti müşahidə olunur.