Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.
“İki sahil” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yayıb.
Hazırda:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Tbilisi prospekti, mərkəz istiqamətində;
3. Şəhər şosesi, Heydər Əliyev prospekti istiqamətində;
4. 8 Noyabr prospekti, mərkəz istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” m/st istiqamətində sıxlıq müşahidə olunur.