30 iyul 2024 10:54
418

Bakıda məktəbin həyətində 18 yaşlı gənci cərəyan vuraraq öldürüb

Bakıda 18 yaşlı gənci elektrik cərəyanı vurub.

“İki sahil” xəbər verir ki, hadisə Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin həyətində qeydə alınıb.

Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Elmir Bəhruz oğlu Qəhrəmənov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.