01 avqust 2024 15:27
534

Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən obyektdə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

“İki sahil” xəbər verir ki, bu barərə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.