01 avqust 2024 16:20
593

YAP tərəfindən MSK-ya təyin edilən məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Mərkəzi Seçki Komissiyasına (MSK) təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı MSK bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən məşvərətçi səs hüquqlu YAP üzvü kimi Məhərrəmov Məhəmməd təyin edilib.