01 avqust 2024 16:37
477

Bölgələrdə külək güclənəcək- XƏBƏRDARLIQ

Avqustun 2-3-də qısa müddətə bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı xidmət məlumat yayıb.

Sarı xəbərdarlığa uyğun olaraq Culfa, Ordubad, Şabran, Xaçmaz, Qobustan, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Şirvan, Neftçala, Salyan, Biləsuvar, Cəlilabadda qərb küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.