02 avqust 2024 16:02
449

Zərifə Əliyeva küçəsində hərəkət məhdudlaşdırılacaq - DİQQƏT

5 avqust saat 06:00-dan 7 avqust saat 09:00-dək  Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“İki sahil” xəbər verir ki,  sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.