02 avqust 2024 16:30
481

Britaniya səfiri mina partlayışı ilə bağlı paylaşım edib

Böyük Britaniya səfiri Fergus Auld bu gün Qazaxın Qızılhacılı kəndində baş vermiş mina partlayışı ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:

"Qızılhacılı kəndində mina partlayışı nəticəsində DSX və ANAMA əməkdaşlarının yaralanma xəbərindən çox təəssüfləndim. Onlara tezliklə sağalmalarını arzulayıram. Mina təhlükəsinə qarşı mübarizədə tərəfdaşlarımızla işləməyə davam edəcəyik", o bildirib. tərəfdaşlarımızla işləməyə davam edəcəyik".