Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə taktiki-xüsusi təlim keçirilir.
Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki,təlimin planına uyğun olaraq, fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə əsasən, qəbul edilmiş qərarlara dair zabitlərin məruzələri dinlənilib. Həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr gecəgörmə cihazlarından istifadə etməklə marşrut üzrə müxtəlif maneələri dəf edərək atəş mövqelərinin tutulması, döyüş texnikası və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətləri məşq ediblər.
"Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, həmçinin komandir heyətinin artilleriya bölmələrini idarəetmə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib"- deyə nazirliyin məlumatında qeyd edilib.
Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edir
Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub