02 avqust 2024 17:19
532

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb- FAKTİKİ HAVA

Avqustun 2-si saat 16:30-a olan məlumata əsasən Daşkəsən, Balakən, Qax, Qusar, Ceyrançöl, Zaqatala, Şəki, Qrız, Şahdağda arabir yağış yağıb, şimşək çaxıb.

Bu barədə “İki sahil”ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Cənub-şərq küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Goranboyda 19 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-də 33, Aran rayonlarında 34, dağlıq rayonlarda 21 dərəcəyədək isti olub.