03 avqust 2024 20:19
747

Oğuzda yıxılaraq başı stula dəyən 2 yaşlı uşaq xəstəxanada ölüb

Oğuz rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz şəhər ərazisində fərdi yaşayış evlərindən birində baş verib.

Yevlaxda üç yaşlı uşaq

binadan yıxılaraq ölüb

Belə ki, 2022-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Məmmədov yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı dərhal Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib.

2 yaşlı M. Məmmədov bu gün burnundan açılan qanaxmadan dünyasını dəyişib.

Xatırladaq ki, bundan əvvəl Yevlax şəhərində doqquz mərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılan üç yaşlı uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib.